Xəzər Xəbər

Əlli min manatdan çox əməkhaqqını kim ödəməyib? - RƏSMİ

İqtisadiyyat | 12:00 • 9 May 2021
Əlli min manatdan çox əməkhaqqını kim ödəməyib? - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı bu il işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 62 min manata yaxın (2020-ci illə müqayisədə 46,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib.

XəzərXəbər xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, həmin məbləğin 81.6%-ni əmək haqları, 5.1%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edib.

Müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Xəbər lenti