Xəzər Xəbər

Azərbaycanda kombaynlara GPS-lə nəzarət olunacaq

İqtisadiyyat | 14:08 • 8 May 2021
Azərbaycanda kombaynlara GPS-lə nəzarət olunacaq

Azərbaycanda taxıl biçin zamanı düzgün dislokasiya planının qurulması məqsədilə kombaynlar GPS nəzarət sistemi ilə təchiz olunur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, tətbiq edilən nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradacaq.

May ayının sonundan etibarən ölkədə taxıl biçininə başlanılacaq.

Xəbər lenti