Xəzər Xəbər

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat | 11:28 • 8 May 2021
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 6-da 68,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır./trend

Xəbər lenti