Xəzər Xəbər

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müzakirə edilib

İqtisadiyyat | 17:49 • 7 May 2021
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müzakirə edilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın alt işçi qruplarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iclasda "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər və təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti