Xəzər Xəbər

Bu yolda hərəkət məhdudlaşdırılır

İqtisadiyyat | 17:30 • 6 May 2021
Bu yolda hərəkət məhdudlaşdırılır

May ayının 7-dənetibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park”ın tikintisi layihəsinin II mərhələsinin tikintisi və Park ətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti