Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda yeni marşrut xətti təşkil edilib

İqtisadiyyat | 280 | 12:37 • 17 Aprel 2021
Bakıda yeni marşrut xətti təşkil edilib

Ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığının icrası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumatda bildirilib ki, bu çərçivədə Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib. 

"Yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib. Aparılan təhlillərlə Sabunçu dəmiryol stansiyası – Ramana qəsəbəsi  (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin  dövlət müəssisələri, məktəb, bağça və  digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib". 

Aprelin 19-dan istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci Sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn müəyyən edilib.

Qeyd edək ki, paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
521 | 17:16 • 19 Aprel 2021