Xəzər Xəbər

Türkiyədə mənzil alan azərbaycanlıların sayı açıqlandı

İqtisadiyyat | 10:32 • 17 Aprel 2021
Türkiyədə mənzil alan azərbaycanlıların sayı açıqlandı

Bu ilin ilk rübündə Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, azərbaycanlılar Türkiyədə ən çox mənzil alan ilk onluqda qərarlaşan əcnəbi vətəndaşlar arasında 9-cu yerdədir. 

Türkiyədə bu iln yanvar-mart aylarında əcnəbilərə 9887 mənzil satılıb. 

Bu aylar ərzində Türkiyədə ən çox mənzil alan iranlılar olub. Onlar üç ay ərzində 1599 mənzil alıblar. İraq vətəndaşları 1461, Rusiya vətəndaşları 938, Əfqanıstan vətəndaşları 700, Qazaxıstan vətəndaşları 354, Almaniya vətəndaşları 303, Yəmən vətəndaşları 287, Fələstin vətəndaşları 282, Azərbaycan vətədaşları 251 və Çin vətəndaşları isə 235 mənzil alıblar. 

Xaricilər ən çox mənzili İstanbul, Antalya, Ankara, Mersin, Yalova, Bursa, Samsun, İzmir, Muğla və Sakaryadan alıblar.

Rubrikanın digər xəbərləri

Xəbər lenti