Xəzər Xəbər

“Bitcoin” ucuzlaşdı

Türkiyədə kriptovalyutalarla ödənişə qoyulan qadağa bitkoini ucuzlaşdırıb
İqtisadiyyat | 18:28 • 16 Aprel 2021
“Bitcoin” ucuzlaşdı

Türkiyə Mərkəzi Bankının (TMB) ölkədə kriptovalyutalarla ödəniş qadağa qoyması bitkoinin ucuzlaşmasına səbəb olub.

Bu barədə "Wall Street Journal" nəşri xəbər verir.

Xatırladaq ki, Türkiyənin tənzimləyici qurumu qərarını bu kimi aktivlərə nəzarətin mümkünsüzlüyü, kriptovalyutaların qanunsuz məqsədlər üçün istifadə edilməsi ehtimalı ilə izah edib.

Ötən gecə bitkoinin qiyməti 63 800 ABŞ dollarına qədər yüksəlsə də, TMB-nin qərarından sonra 61 000 dollara düşüb.

Ötən ay illik inflasiya göstəricisinın 16 faiz təşkil etdiyi Türkiyədə kriptovalyutalara marağın artması məhz lirənin dəyərdən düşməsi ilə bağlıdır./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti