Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır - maşınların markası, buraxılış ili və start qiyməti

İqtisadiyyat | 106 | 15:04 • 16 Aprel 2021
Dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır -  maşınların markası, buraxılış ili və start qiyməti

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 11-də hərrac təşkil ediləcək.

Nazirlikdən xezerxeber.az-a bildirilib ki, hərraca 26 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3gbuPR6).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Rubrikanın digər xəbərləri

Çox oxunanlar

Neft bahalaşıb
40 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
876 | 17:16 • 19 Aprel 2021