Xəzər Xəbər

İmtiyazlı şəxslərin mənzil təminatı necə həyata keçirilir? AÇIQLAMA

İqtisadiyyat | 15:31 • 16 Aprel 2021
İmtiyazlı şəxslərin mənzil təminatı necə həyata keçirilir?

Mənzil Məcəlləsinə əsasən imtiyazlı şəxslər mənzil növbəsinə yerli icra hakimiyyəti orqanlarında götürülür.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib:

“Daha sonra müvafiq sərəncam çərçivəsində hansı imtiyazlı şəxslərin mənzil təminatının həyata keçirilməsi nazirliyə tapşırılıbsa, dərhal yerli icra hakimiyyəti orqanlarına müraciət olunur. Həmin siyahılar nazirliyə təqdim olunur və bu siyahı nazirliyin rəsmi saytına yerləşdirilir. Növbəlilik qaydasına uyğun olaraq şəxslərin mənzillə təmin edilməsi prosesi həyata keçirilir”.

V.Behbudov onu da əlavə edib ki, Əmək Məcəlləsinə əsasən, mənzil növbəsinə yazılmaq və ya bu siyahıdan çıxarılmaq, eləcə də digər dəyişikliklər yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.

Xəbər lenti