Xəzər Xəbər

Təqaüdçülərə şad xəbər: Pensiyalar verildi

Aprel ayının pensiyaları tam ödənilərək başa çatdırılıb
İqtisadiyyat | 10:17 • 15 Aprel 2021
Təqaüdçülərə şad xəbər: Pensiyalar verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən XəzərXəbər-ə bildirilib ki, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xəbər lenti