Xəzər Xəbər

Pensiyaların məbləğində 12 faiz artım var

İqtisadiyyat | 11:17 • 14 Aprel 2021
Pensiyaların məbləğində 12 faiz artım var

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.

O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur.

Xəbər lenti