Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Fitch: Azərbaycan 2021-2023-cü illərdə neft hasilatını artıracaq

İqtisadiyyat | 65 | 11:24 • 13 Aprel 2021
Fitch: Azərbaycan 2021-2023-cü illərdə neft hasilatını artıracaq

2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 767,5 min barel təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 2,1% çoxdur.

"Fitch Solutions" şirkətindən verilən məlumata görə, 2022-ci ildə bu göstəricinin bir qədər də artaraq 777,7 min barel təşkil edəcəyi gözlənilir. Şirkətin analitikləri proqnozun artmasını "OPEC+"un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) gündəlik neft hasilatını tədricən artırması gözləntisi ilə əsaslandırır.

Uzunmüddətli proqnoza gəldikdə, 2023-cü ildə neft və digər maye karbohidrogenlər hasilatının 781,6 min barelə qədər çatacağı güman edilir.

Qeyd edək ki, "Fitch Solutions" Azərbaycanın 2020-ci ildə gündəlik neft və digər maye karbohidrogenlər hasilatının 752 min barel səviyyəsində olduğunu bildirir.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 750 min barel təşkil edəcəyini proqnozlaşdırır. Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 800 min barel təşkil edəcək. Bu, martda verilən proqnozla müqayisədə 20 min barel azdır./apa

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
387 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
956 | 17:16 • 19 Aprel 2021