Xəzər Xəbər

Qarabağın çaylarında 13 avtomat hidroloji stansiya quraşdırılacaq

İqtisadiyyat | 10:26 • 13 Aprel 2021
Qarabağın çaylarında 13 avtomat hidroloji stansiya quraşdırılacaq

“Qarabağın çaylarında ən müasir 13 avtomat hidroloji stansiyaların quraşdırılması planlaşdırılır”.

XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Real TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, stansiyalardan üçü Tərtər çayının üzərində yerləşəcək.

U.Tağıyevanın sözlərinə görə, bərpa işləri iqtisadiyyatın bütün sahələri üçün düzgün məlumatların lazımi formatda və müasir tələblərə cavab verəcək şəkildə çatdırmağa imkan yaradacaq.

Xəbər lenti