Xəzər Xəbər

BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqladı

İqtisadiyyat | 12:32 • 12 Aprel 2021
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqladı

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 6,6% artaraq 2021-ci ilin sonuna 31,112 mlrd. manata çatacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Bu gözlənti 2020-ci ilin oktyabrında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. 2022-ci ildə isə ölkədə geniş mənada pul kütləsinin həcminin 7% artması gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına əsasən, Azərbaycanda geniş pul kütləsinin həcmi 1,1% artaraq 29,186 mlrd. manat təşkil edib. Həmin tarixə, bu qeydə alınan ən yüksək göstərici idi. Beləliklə, Fondun 6,6%-lik artım proqnozunu nəzərə alaraq, 2021-ci ilin sonuna ölkədə M3 pul aqreqatının həcmi özünün tarixi rekordunu yeniləyəcək.

Xatırladaq ki, geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur./apa

Xəbər lenti