Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Məzuniyyət ərizəsi yazan şəxs işə çağırıla bilər? AÇIQLAMA

İqtisadiyyat | 114 | 15:09 • 9 Aprel 2021
Məzuniyyət ərizəsi yazan şəxs işə çağırıla bilər?

Məzuniyyət hüququ işçinin əsas hüquqlarından biri hesab olunur və işçi il ərzində bu məzuniyyət hüququndan istifadə edə bilər.

XəzərXəbər xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı məzuniyyət ərizəsi yazıldığı halda məzuniyyətə göndərilməyən işçilərlə bağlı suala cavab verərkən deyib.

O bildirib ki, işəgötürən işçinin bu hüququndan istifadəsinə şərait yaratmalıdır:

“Bununla bağlı işəgötürən işçinin heç bir halda məzuniyyət hüququnu məhdudlaşdıra bilməz. Bu, Əmək Məcəlləsinin tələbidir. Məzuniyyət ərizəsi yazılıb və işçi işə çağırılırsa, bu məzuniyyət deyil. Məcburiyyət varsa, burada işçinin məzuniyyət hüququnun pozulmasıdır. Həmin şəxslər bizə müraciət edə bilər, məsələ qanunvericiliyin normalarına müvafiq olaraq araşdırılar.

Digər halda işəgötürən işçini məzuniyyətdə olduğu halda istisna hal kimi öz razılığı olması şərtilə işə çağıra bilər. Lakin bu da əmrlə rəsmiləşdirilməlidir. Əks təqdirdə bu, işçinin məzuniyyət hüququnun pozulması kimi qiymətləndirilir”./oxu.az

Rubrikanın digər xəbərləri

Çox oxunanlar

Neft bahalaşıb
40 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
876 | 17:16 • 19 Aprel 2021