Xəzər Xəbər

Əmək bazarında şəffaflıq artır - Nazir

İqtisadiyyat | 17:06 • 8 Aprel 2021
Əmək bazarında şəffaflıq artır - Nazir

Bu ilin I rübündə icbari dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 mln. manatdan artıq vəsait daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, bu, nəzərdə tutulandan 107 mln. manatı üstələyib: "Əlavə daxilolmanın 75,1 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır".

Xəbər lenti