Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

“Vitol”: Neftə tələbat hələ 10 il artacaq

İqtisadiyyat | 51 | 12:57 • 8 Aprel 2021
“Vitol”: Neftə tələbat hələ 10 il artacaq

Dünyada neftə tələbat bundan sonra hələ 10 il ərzində artmağa davam edəcək.

“Hellenicshippingnews” xəbər verir ki, bu barədə dünyanın ən böyük müstəqil neft və enerji ticarəti şirkəti “Vitol”dan bildiriblər.

Belə ki, bu ilin ikinci yarısında əksər sahələrdə dirçəliş gözlənilir, hərçənd təyyarə yanacağına dair vəziyyət hələ də müəmmalı olaraq qalır. Uzun perspektivdə isə LNG, LPG, təbii qaz kimi daha ekoloji təmiz yanacaq növlərinə tələbat və müvafiq olaraq az karbonlu enerji istehsal edən qurğuların sayı artacaq.

Qeyd edək ki, 2020-ci ildə “Vitol” şirkətinin neft və neft məhsulları satışları koronavirus pandemiyasının fəsadları üzündən gündəlik 8 milyon bareldən 7,1 milyon barelədək, yəni 11 faiz azalıb./report

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021