Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

Mərkəzi Bank Qarabağda qanunsuz pulköçürmə ilə məşğul olan şirkət haqqında açıqlama verdi

İqtisadiyyat | 53 | 14:24 • 7 Aprel 2021
Mərkəzi Bank Qarabağda qanunsuz pulköçürmə ilə məşğul olan şirkət haqqında açıqlama verdi

Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.

Mərkəzi Bankdan xezerxeber.az-a verilən məlumata görə, həqiqətən də “Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərmiş və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilmişdir. Nəticədə, 2008-ci ildən etibarən “Moneygram” pul köçürmə sisteminin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin qarşısı alınmış və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyildir: "Eyni zamanda bildiririk ki, Mərkəzi Bank ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pul köçürmə sistemlərinin monitorinqini həyata keçirmiş və müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyulmuşdur".

Rubrikanın digər xəbərləri

Çox oxunanlar