Xəzər Xəbər

Dollar getdikcə dəyər itirir: Manatın möhkəmlənməsi mümkündürmü? AÇIQLAMA

İqtisadiyyat | 13:03 • 7 Aprel 2021
Dollar getdikcə dəyər itirir: Manatın möhkəmlənməsi mümkündürmü?

“Böyük Britaniya, eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib”.

XəzərXəbər xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir səsləndirib. Onun sözlərinə görə, dollar dünənki birjada avroya nisbətən 0.4 faiz dəyər itirib: “Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyirinə işləyib. Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır.
 
Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb. Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır. Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.

Xəbər lenti