Xəzər Xəbər

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti 63 dollara qədər bahalaşıb
İqtisadiyyat | 10:58 • 7 Aprel 2021
Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,72 % artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,98 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti