Xəzər Xəbər

Rusiyanın 20 milyarderinin siyahısı açıqlandı - 4-cü yerdə azərbaycanlıdır

İqtisadiyyat | 10:45 • 7 Aprel 2021
Rusiyanın 20 milyarderinin siyahısı açıqlandı - 4-cü yerdə azərbaycanlıdır

Forbes jurnalı dünyanın ən varlı insanlaırnın 35-ci illik reytinqini açıqlayıb. Ötən bir il müddətində rusiyalı milyarderlərin sayı bu dəfə də 100 nəfərdən çox olub.

Forbes Rusiya versiyası ilk 20-də olan rusiyalı milayrderlərin siyahəsənı təqdim edib. Həmin siyahıda əslən azərbaycanlı və Rusiyada yaşayan soydaşlaırımız da yer alıb. Əslən azərbaycanlı olan "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın ən varlı 20  milyarderi arasında 24,9 mlrd dolarla 4-cü yerdə qərarlaşıb.

Onun son bir ildə gəliri 9,7 mlrd dollar artıb.
 
Qeyd edək ki, Vahid Ələkbərov  Azərbaycan neft və kimya institununun (indiki Neft Akademiyası) məzunudur./Ölkə.Az
 

Rubrikanın digər xəbərləri

Xəbər lenti