Xəzər Xəbər

Bakıda bu evlərin qiyməti BAHALAŞACAQ

İqtisadiyyat | 23:02 • 30 Mart 2021
Bakıda bu evlərin qiyməti BAHALAŞACAQ

Yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı ehtimalı böyükdür.

XəzərXəbər xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq.

O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.

Xəbər lenti