Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə bağlı 470-ə yaxın müraciət daxil olub

İqtisadiyyat | 18:56 • 18 Mart 2021
İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə bağlı 470-ə yaxın müraciət daxil olub

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin və reallaşdırılacaq layihələrin dəstəklənməsi məqsədilə İqtisadiyyat Nazirliyinə 470-ə yaxın müraciət daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, hazırda layihələrin prioritetliyi təhlil edilir və potensial layihələr müəyyənləşdirilir.

Xəbər lenti