Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda qonaq evləri şəbəkəsi yaradılacaq

İqtisadiyyat | 254 | 14:59 • 6 Mart 2021
Azərbaycanda qonaq evləri şəbəkəsi yaradılacaq

“Azərbaycanda böyük və kiçik həcmli qonaq evlərinə dəstəklə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.

Bu barədə Dövlət Turizm Agentliyi yanında "Azərbaycan Turizm Bürosu"nun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

O bildirib ki, hazırda ölkədə təqribən 500-ə yaxın qonaq evləri fəaliyyət göstərir: “Koronavirus pandemiyası ilə əlaqədar qonaq evlərinə tələb artıb. Qonaq evlərinə dəstəyin hansı formada həyata keçirilməsi, onların infrastrukturları, sanitariya məsələləri və digər məsələlər ilə bağlı araşdırma aparılır”

F.Zenqstşmit vurğulayıb ki, layihə çərçivəsində qonaq evləri şəbəkəsinin qurulması nəzərdə tutulur: “Hal-hazırda qonaq evi şəbəkələri mövcud deyil. Məqsədimiz yalnız qonaq evləri üçün şəbəkə qurmaq deyil. Eyni zamanda, yerli rezervasiya (Booking) platforması yaradılacaq. Hazırda platformanın yaradılması ilə bağlı tender keçirilib. Bu platforma ilkin mərhələdə Azərbaycanda istifadə ediləcək. Azərbaycan vətəndaşları, ölkədə yaşayan xarici vətəndaşlar platformanın imkanlarından yararlana biləcəklər. Platformada hotellərin, qonaq evlərini rezervasiyasını həyata keçirmək mümkün olacaq. Həmçinin, platforma vasitəsilə B2B (ikitərəfli görüşlər), B2C ( ticarətdən istehlakçıya) görüşlərinin təşkili kimi məsələlər də mümkün olacaq”./report

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021