Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

BVF Azərbaycan iqtisadiyyatının pandemiyadan bərpasının əsas məqamlarını açıqladı

İqtisadiyyat | 224 | 12:03 • 6 Mart 2021
BVF Azərbaycan iqtisadiyyatının pandemiyadan bərpasının əsas məqamlarını açıqladı

COVID-19 pandemiyası səngiyənədək və bərpa başlayana qədər böyük maliyyə buferləri sayəsində Azərbaycan yaxın gələcəkdə iqtisadiyyatın dəstəklənməsini davam etdirmək üçün yaxşı bir vəziyyətdədir.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı dəstək tədbirləri ləğv edildikdən sonra bərpa istiqamətində addımlar tədricən atılmalıdır: "Orta müddətdə prioritet iqtisadi artımı bir qədər də canlandırmaq və özəl sektor tərəfindən idarə olunan yeni bir iqtisadi model yaratmaqdır. Bu məqsədlə maliyyə sektorunu və bazarlarını gücləndirmək və inkişaf etdirmək, dövlətə məxsus müəssisələrin səmərəliliyini artırmaq və iqtisadiyyatın neft hasilatından asılılığını azaltmaq və şaxələndirmək üçün islahatların müəyyənləşdirilməsi vacib olardı".

N. Tamirisa əlavə edib ki, ortamüddətli fiskal siyasəti planlarında daha məhsuldar infrastruktura investisiya qoyma ehtiyacını tarazlaşdırmasını, insan kapitalının inkişaf etdirilməsi və gələcək nəsillər üçün neft ehtiyatlarının qorunmasın prioritetlər arasında olmalıdır./apa

Çox oxunanlar

Sabah 25 dərəcə isti olacaq
41 | 11:57 • 11 Aprel 2021