Xəzər Xəbər

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

İqtisadiyyat | 16:16 • 5 Mart 2021
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə martın 13-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” də çap olunur.

Xəbər lenti