Xəzər Xəbər

Ətin baytarlıq ekspertizasından keçmədən satışa çıxarılmasının qarşısı alınıb

İqtisadiyyat | 15:56 • 3 Mart 2021
Ətin baytarlıq ekspertizasından keçmədən satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən, fiziki şəxs Eminov Natiq Fazil oğluna məxsus ət satışı mağazasında yoxlama keçirilib.

AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada ətin baytarlıq ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan satışa çıxarıldığı aşkar olunub. Eyni zamanada, mağazada sanitar-gigiyenik tələblərə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Xəbər lenti