Xəzər Xəbər

Azərbaycanın daha bir neçə müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək

İqtisadiyyat | 14:21 • 3 Mart 2021
Azərbaycanın daha bir neçə müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək

Rusiya martın 3-dən etibarən Azərbaycanın 8 müəssisəsindən alma, 19 müəssisəsindən pomidor idxalına icazə verib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.

Xəbər lenti