Xəzər Xəbər

Dünya bazarında neft bahalaşır

İqtisadiyyat | 12:33 • 3 Mart 2021
Dünya bazarında neft bahalaşır

Neftin qiyməti OPEC+ toplantısı ərəfəsində çərşənbə günü səhər saatlarında davamlı artım nümayiş etdirir.

“Prime”ın verdiyi xəbərə görə, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 08:51-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 0,4% artaraq bir barel üçün 62,95 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçerslərinin dəyəri isə 0,28% artaraq 59,92 dollar/barelə çatıb.

İnvestorların əsas diqqəti martın 3-4-də keçiriləcək OPEC+ toplantısına yönəlib. Ticarət iştirakçıları koronavirusla əlaqədar vəziyyətin və yanacağa tələbatın yaxşılaşması ilə alyansın hansı qərarı verəcəyini gözləyirlər. Belə ki, çərşənbə günü OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. Nümayəndə heyətlərindən birindəki mənbənin bildirdiyinə görə, görüş ərəfəsində OPEC+ ölkələrinin əksəriyyəti bazarda vəziyyətin düzəlməsi fonunda aprel ayından etibarən haslatı gündəlik 0,5 milyon barel artırma variantına meyl edirlər.

Bazardakı əhval-ruhiyyə də koronavirus pandemiyasının getdikcə azaldığına işarə edir. “Bloomberg” xəbər verir ki, bazar ertəsi ABŞ-da son dörd ayda ən az yoluxma qeydə alınıb.

Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatlarının gözlənilmədən artması barədə məlumatları da bazarlara güclü təsir göstərə bilməyib. Çünki ABŞ Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, ehtiyatlar mart ayından bəri minimuma enib.

Xəbər lenti