Xəzər Xəbər

Sürücülərin diqqətinə: sabah bu yolda məhdudiyyət olacaq

İqtisadiyyat | 20:27 • 1 Mart 2021
Sürücülərin diqqətinə: sabah bu yolda məhdudiyyət olacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 2-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocahəsən dairələri arasında yerləşən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən təmir işləri saatlarında ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti