Xəzər Xəbər

Şəhid ailələrinə və yaralanmış hərbçilərə 40 mln. manatdan çox sığorta ödənilib

İqtisadiyyat | 17:36 • 1 Mart 2021
Şəhid ailələrinə və yaralanmış hərbçilərə 40 mln. manatdan çox sığorta ödənilib

Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb.

“Azərsığorta”dan verilən məlumata görə, Dövlət Sığorta Şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 mln. manatdan artıq ödəniş edilib.

Qeyd edək ki, sığorta ödənişləri hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.

Xəbər lenti