Xəzər Xəbər

Neft Fondunun dollar satışı azalıb

İqtisadiyyat | 17:18 • 1 Mart 2021
Neft Fondunun dollar satışı azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən fevral ayı ərzində valyuta hərraclarında 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, Neft Fondu yanvar ayındakı valyuta hərraclarında 644,9 milyon dollar satmışdı.

ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.

Xəbər lenti