Xəzər Xəbər

“Azərkosmos” yanvarda 21 ölkəyə 2 milyon dollarlıq xidmət ixrac edib

İqtisadiyyat | 15:12 • 1 Mart 2021
“Azərkosmos” yanvarda 21 ölkəyə 2 milyon dollarlıq xidmət ixrac edib

Yanvar ayında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 21 ölkəyə 1,98 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib.

ASC-nin cari ilin yanvarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Türkiyə olub.

Xəbər lenti