Xəzər Xəbər

32 ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

İqtisadiyyat | 15:23 • 26 Fevral 2021
32 ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 25-də ölkə üzrə 331 ictimai iaşə obyektində 592 monitorinq keçirilib.

Monitorinqlər zamanı 32 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Xəbər lenti