Xəzər Xəbər

Valyuta hərracı keçirilib, dolların məzənnəsi belə formalaşıb

İqtisadiyyat | 13:13 • 25 Fevral 2021
Valyuta hərracı keçirilib, dolların məzənnəsi belə formalaşıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Xezerxeber.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 43,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 fevral 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 25% və ya 14,5 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti