Xəzər Xəbər

Mərkəzi Bank kredit faizləri ilə bağlı məlumat yaydı – Son 4 ayın ən yüksək səviyyəsindədir

2020-ci ilin noyabrından manatla verilən yeni kreditlərdə bahalaşma müşahidə edilir.
İqtisadiyyat | 15:16 • 24 Fevral 2021
Mərkəzi Bank kredit faizləri ilə bağlı məlumat yaydı – Son 4 ayın ən yüksək səviyyəsindədir
2021-ci ilin yanvar ayına aid olan məlumata əsasən, yeni verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 17 faizə, xarici valyutada 3,97 faizə yüksəlib. 
 
XəzərXəbər Mərkəzi Banka istinadən bildirir ki, kredit faizlərindəki bu səviyyə son 4 ayın ən yüksək səviyyəsidir. 
 
2020-ci ilin noyabrından manatla verilən yeni kreditlərdə bahalaşma müşahidə edilir. Noyabrda manatla 14,13 faizlə kredit verildiyi halda bu göstərici dekabrda 15,65 faizə, yanvarda 17 faizə yüksəlib. 
 
Manatla kredit faizlərinin yüksəlməsi depozit və əmanət faizlərinin enməsi fonunda baş verib. Yanvarda manatla depozit və əmanət faizləri 6,78-ə düşüb. Bu göstərici oktyabrda 8 faiz idi. 
 
Qeyd edək ki, depozit və əmanət faizlərinin düşdüyü halda kredit faizlərinin artırılması bankların mənfəətinin artmasına xidmət edir. 

Xəbər lenti