Xəzər Xəbər

Paytaxt və regionlarda gücləndirilmiş iş rejimi təşkil edilib “Azərişıq”

İqtisadiyyat | 13:54 • 24 Fevral 2021
Paytaxt və regionlarda gücləndirilmiş iş rejimi təşkil edilib

Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

ASC-nin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ötən gün axşam saatlarından başlayaraq səhərədək və hazırda da əməkdaşlar fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq.

Qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

İstehlakçılara bildirilir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Xəbər lenti