Xəzər Xəbər

12 adda qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

İqtisadiyyat | 11:27 • 24 Fevral 2021
12 adda qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən, bioloji fəallığa malik qida əlavələrinin idxal, ixrac, istehsal, satış və dövriyyəsinə nəzarət etmək agentliyin vəzifələrinə aid edilib.

Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə əlaqədar müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın keçirdiyi iclasda ümumilikdə 55 müraciətə baxılıb.

İclasda 43 müraciət əsasında idxal olunan bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 12 adda bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Xəbər lenti