Xəzər Xəbər

Əhaliyə satılan qazın limitinə yenidən baxılması təklif edilir

İqtisadiyyat | 11:27 • 23 Fevral 2021
Əhaliyə satılan qazın limitinə yenidən baxılması təklif edilir

“Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində isə bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib: "Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.

Xəbər lenti