Milli Məclisin plenar iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsini Məşhur Məmmədov təqdim edib.
Dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılır.
Deputat Razı Nurullayev qanun layihəsini dəstəkləyib. Bildirib ki, bu, sahibkarlığın inkişafına səbəb olacaq.
Deputat eyni zamanda maliyyə amnistiyasının verilməsinin tərəfdarı kimi də çıxış edib.