Cari ildə dünya bazarında neftin qiymətləri 20 faizdən çox artacaq.
Belə bir proqnoz Beynəlxalq Valyuta Fondunun (İMF) dünya iqtisadiyyatının inkişafına dair yanvar hesabatında irəli sürülüb.
Bununla belə neft qiymətlərinin 2019-cu ilin səviyyəsindən hələ də xeyli az olacağı qeyd olunur.
"Neftdən başqa xammal növlərinin də bahalaşacağı güman edilir. Belə ki, proqnozlara əsasən 2021-ci ildə daha çox metalların qiyməti artacaq” – sənəddə qeyd olunur./report