Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

GM elektrikli mikroavtobusların istehsalına investisiya yatıracaq

İqtisadiyyat | 196 | 15:33 • 16 Yanvar 2021
GM elektrikli mikroavtobusların istehsalına investisiya yatıracaq

ABŞ-ın aparıcı avtomobil istehsalçısı "General Motors” (GM) və Kanadanın həmkarlar ittifaqı "Unifor” Ontario əyalətinin, Ingersoll şəhərindəki "CAMI Montaj Zavod”unda elektrikli kommersiya mikroavtobusların istehsalı üzrə razılaşma əldə ediblər.


XəzərXəbər "Reuters”ə istinadən xəbər verir ki, razılaşma çərçivəsində "General Motors” zavoda 1 mlrd Canada dolları (785,42 milyon ABŞ dolları) investisiya yatıracaq.


GM açıqlamasında zavodda işlərin dərhal başlayacağını və elektrikli mikroavtobus modeli "EV600”ün geniş miqyaslı kommersiya istehsalına başlayacağını bildirib.


Qeyd edək ki, razılaşmanın yanvarın 17-də onlayn təsdiqləmə iclasında birliyin yerli üzvlərinə təqdim ediləcəyi və nəticələrinin bir gün sonra açıqlanacağı bildirilir.


Xatırladaq ki, "Unifor” Kanada iqtisadiyyatının əsas sektorlarında işləyən 315 mindən çox işçinin üzv olduğu ölkənin ən böyük həmkarlar ittifaqıdır./report

Çox oxunanlar