Xəzər Xəbər

90 ərzaq satışı müəssisəsində 157 nöqsan aşkarlanıb - MONİTORİNQ

İqtisadiyyat | 10:44 • 15 Yanvar 2021
90 ərzaq satışı müəssisəsində 157 nöqsan aşkarlanıb -

Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.


Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 12-13-də ölkə ərazisində fəaliyyət göstərən 127 ərzaq satışı obyektində monitorinqlər aparılıb.


Monitorinq aparılan 90 ərzaq satışı müəssisəsində ümumilikdə 157 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Xəbər lenti