Xəzər Xəbər

TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək

İqtisadiyyat | 17:16 • 14 Yanvar 2021
TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək

Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib.


O qeyd edib ki, TANAP-ın kommersiya istismarı başladıqdan etibarən Türkiyəyə 8,4 milyard kubmetr qaz nəql edilib:


"Tədürükün üçüncü ilindən başlayaraq, boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr tədarük ediləcək, 2022-ci ildən isə Avropaya ildə 10 milyard kubmetr qaz daxil olacaq".


Onun sözlərinə görə, 2020-ci il dekabrın 31-də Trans-Adriatik boru kəməri ilə (TAP) Avropaya 10,9 milyon kubmetr qaz nəql edilib.

Xəbər lenti