Xəzər Xəbər

Bakıda sexdə nöqsanlar aşkarlanıb

İqtisadiyyat | 12:11 • 13 Yanvar 2021
Bakıda sexdə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.


Agentlikdən xezerxeber.az-a bildirilib ki, daxil olan məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 33 C ünvanında yerləşən, "Narıncı Group" MMC-yə məxsus "Happy Day” adlanan un və qənnadı məmulatları istehsalı sexində yoxlama həyata keçirilib.


Keçirilən yoxlama zamanı sexdə havalandırma sistemi quraşdırılmadığı, xammal kimi istifadə olunan unun ələnmədiyi və emal olunmuş unlu-qənnadı məmulatların qablaşdırılmasının üzərində istehsalçının adı, ünvanı, məhsulun çəkisi və istehlakçı üçün zəruri olan digər məlumatların qeyd edilmədiyi, xammalların və qablaşdırma materiallarının müşayiətedici sənədlərinin olmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədən çalışdığı aşkarlanıb.


Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti