Məhkəmə "HNA Group”un sədri olan çinli milyarder Çen Fenə şirkətin borcu səbəbindən lüks yaşayışa pul xərcləməyi qadağan edib.
Bu barədə "South China Morning Post” məlumat yayıb.
İndi sahibkar gündəlik həyatda və işdə zəruri olmayan şeyləri ala bilmir. Eyni zamanda onun təyyarələrdə uçması və sürətli qatarlardan istifadəsi qadağan edilib.
Ona həmçinin daşınmaz əmlak almaq, bahalı təmir işləri aparmaq, lüks hotellərdə qalmaq, klublara getmək və elit ofislər icarəyə götürmək qadağandır./report