Bakı 35 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda problemli kreditlər azalıb

İqtisadiyyat | 297 | 14:33 • 24 İyul 2020
Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 065,5 milyon manat təşkil edib.


Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,8% azdır.


Xatırladaq ki, sözügedən göstərici ilin əvvəlinə nisbətən problemli kreditlər 16,3% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28,3% azdır.


İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət mayın sonuna 7,3%, ötən ilin sonuna 8,3%, ötən il iyunun sonuna isə 11% olub.

Xəbər lenti

Çox oxunanlar