Xəzər Xəbər

Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq

İqtisadiyyat | 14:06 • 23 Oktyabr 2019
Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq

Azərbaycanda orta aylıq əməkhaqqının 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilir.


Proqnozlara əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.


Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 544,6 manat olub.

Xəbər lenti