Xəzər Xəbər

Azərbaycanda “PostPay” elektron pul kisəsi istifadəyə veriləcək

İqtisadiyyat | 14:32 • 10 İyul 2019
Azərbaycanda “PostPay” elektron pul kisəsi istifadəyə veriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iki qurumu – "Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi (MHM) birgə "PostPay” elektron pul kisəsi layihəsinə imza atıb.


MHM-dən bildirilib ki, tərəflər arasında imzalanmış müqavilədə "PostPay” elektron ödəniş sisteminin, o cümlədən elektron pul kisəsinin hazırlanması, fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb. Geniş fəaliyyət istiqamətləri və böyük təcrübəyə malik 2 qurumun bu layihəsi vətəndaşlara bir çox xidmətləri daha əlçatan edəcək.


"PostPay”in digər elektron pul kisələrindən əsas fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarından istifadəyə imkan yaratmasıdır. Vətəndaşlar kommunal, mobil və digər xidmət haqlarının ödənilməsi imkanından əlavə "PostPay” vasitəsilə heç yerə getmədən ucqar kəndlərə belə pul göndərmək imkanı əldə edəcəklər.


"PostPay”də istifadəçilərin rahatlığı, həmçinin müasir ödəmə funksiyalarından istifadənin təmin edilməsi məqsədilə QR kodla ödəmə imkanı təqdim ediləcək. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən "PostPay” istifadəçiləri tətbiqin "QR kod vasitəsilə ödəmə” funksiyasını seçərək ödəmələrini asanlıqla həyata keçirə biləcəklər.


İlk olaraq "PostPay” elektron pul kisəsi "Android” əməliyyat sistemi ilə çalışan qurğulara uyğunlaşdırılacaq. Yaxın gələcəkdə digər əməliyyat sistemləri ilə işləyən qurğu sahibləri "PostPay”dən faydalana biləcəklər.

Xəbər lenti